“YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Ülviyyə Könülün ekranlaşdırdığı “Həddən artıq uyğunluq” filmi nümayiş olunub.
Teleqraf.com xəbər verir ki, komediya janrında olan ekran əsəri kinosevərlərə Azərbaycan dilində təqdim edilib. Sevgi mövzusunda olan filmdə saf hisslərin təlqin etdiyi məsələlərdən danışılır.
“YARAT” Film Klubunun təşkilatçılığı ilə reallaşan ekran əsərinin nümayişi böyük maraqla qarşılanıb.