12 Yanvar 2017 15:15
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlilliyi olan aktyorlardan ibarət müstəqil ƏSA Teatrının ilk tamaşasının ikinci nümayişi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, ƏSA Teatrı 22 yanvar 19:00-da ilk tamaşası olan “DUMB Mərhələsinin Əsası” tamaşasını təqdim edəcək. Xəzər Universiteti, müstəqil ƏSA Teatrına tamaşanın nümayişi üçün təkrar olaraq öz teatral zalını ayırıb.

Psixo-dram janrında qurulmuş tamaşa bir insan həyatının müxtəlif mərhələlərindən bəhs edir. Belə ki, bütün həyatını aldığı travmadan qurtulmağa həsr edən və yanlış istiqamətlənən, atdığı hər addımda vəziyyətini daha da çətinləşdirən qəhrəman bütün günahları ətrafında baş verən hadisələrdə və şəxslərdə görür. Lakin o bütün bunlarla da kifayətlənmir.

Fərid Kazakov, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadənin ifa edəcəyi tamaşanın xoreoqrafı Fərid Kazakov, rəssamı Naz Ramizqızı, musiqi tərtibatçısı Nicat Qulamdır.

Teatrın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə, direktoru Murad Məmmədov, baş meneceri Nicat Qulamdır.

Təşkilati dəstək: British Council Azerbaijan

Texniki dəstək: Xəzər Universiteti və "TalanT Factory "

Ünvan: Bəşir Səfəroğlu küç. 122 (Xəzər Üniversitetin kampusu)

Biletin qiyməti: 7 AZN (Artıq satışdadır)

Əlaqə: (055) 311-05-98; (077) 500-63-70; (055) 650-99-58

Email: esateatr@gmail.com

İnstagram: @esateatr


Müəllif: