17 Yanvar 2017 13:28
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 19-da TÜRKSOY-un baş katibliyində türk dünyasının görkəmli elm və mədəniyyət xadimlərinin iştirakı ilə konfrans öz işinə başlayacaq.

Teleqraf.com TÜRKSOY-un saytına istinadla xəbər verir ki, budəfəki konfrans “Piri Türküstan Xoca Əhməd Yasəvi” adı ilə gerçəkləşəcək. Konfransın əsas məruzəçisi Əhməd Yasəvi Universitetinin idarə heyətinin sədri Musa Yıldız olacaq.

Tədbirin təşkil olunmasında məqsəd türk ortaq mədəniyyətinə xidmət etmiş və sonra ölümsüz əsərləri ilə iz qoymuş dəyərli şəxsiyyətlərin anılması və gələcək nəsillərə tanıdılmasıdır.

Qeyd edək ki, dünya şöhrətli mütəfəkkir X.Ə.Yasəvinin “Divani-hikmət” əsərinin əlyazması UNESCO-nun dünya yaddaşı proqramı tərəfindən qorunub saxlanılır. Vəfatından 223 il sonra Teymurləng tərəfindən ucaldılmış məqbərəsi UNESCO-nun Dünya İrs Siyahısına daxildir. Həmçinin, UNESCO 2016-cı ili “Xoca Əhməd Yasəvi ili” elan etmişdir.


Müəllif:

Oxşar xəbərlər