17 Yanvar 2017 15:04
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan mədəniyyətinin, milli kino sənətimizin inkişafında xidmətləri olan kinooperator, rejissor, Əməkdar İncəsənət Xadimi Nizami Abbasın 60 illik yubileyi qeyd edilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə yubilyarın ömür yolundan və yaradıcılıq uğurlarından söz açılıb.

Bildirilib ki, N.Abbas ömrünün 40 ilini kino sənətinə bağlayaraq bir-birindən maraqlı neçə-neçə bədii və sənədli filmləri lentə alıb. Onun “Ağ-qara dünya”, “Axırıncı addım”, “Bu Naxçıvandır”, “Əzablı yollar”, “Kədərimiz...Vüqarımız...”, “Qəm karvanı”, “Məhəmməd Füzuli”, “Laçının son günləri” və s. kimi sənədli filmləri milli tariximizin yaddaşlarda hər zaman qorunub saxlanmasına xidmət edib. “Afroditanın qolları”, “Qoca palıdın nağılı”, “Qocalar, qocalar...”, “Şeytan göz qabağında”, “Əlvida cənub şəhəri”, “Tənha narın nağılı” kimi bədii filmlərdə də Nizami Abbas operator kimi öz dəsti-xəttini qoruyub.

Diqqətə çatdırılıb ki, o, eyni zamanda Qarabağ müharibəsində və ölkəmiz üçün taleyüklü hadisələrdə həmişə ən qaynar nöqtələrdə kinokamera ilə hadisələri lentə alıb, ölkəmizin salnaməsini yaradıb. Bununla da vətənə, millətə sədaqətini hər zaman isbat edib.


Müəllif:

Oxşar xəbərlər