Yanvarın 18-də Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq.
Teleqraf.com xəbər verir ki, tədbir çərçivəsində 20 Yanvar şəhidləri İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr edilən Səməd Təbrizlinin müəllif olduğu “Sədaqət” xalçasının təqdimatı keçiriləcək.
Anım mərasimində “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin, 20 Yanvar Cəmiyyətinin üzvləri və faciənin şahidləri çıxış edərək öz acı xatirələrini bölüşəcəklər.
Tədbirin bədii hissəsində Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin dərnək üzvlərinin “Şəhidlər yaşayır” adlı rəsm sərgisi açılacaq, Gənc Tamaşaçılar Teatrının təqdimatında dramaturq- yazıçısı Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşasından bir hissə təqdim olunacaq.