Yanvarın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında “Sən məni anlamırsan” sərgisinin bağlanış mərasimi təşkil olunacaq.
Teleqraf.com xəbər verir ki, hər kəsin qatıla biləcəyi mərasimdə tanınmış dj Şərqiyyə Rəhmanova çıxış edəcək.
Xatırladaq ki, ötən il dekabrın 21-də “ADO” teatr qrupunun iştirakı ilə gerçəkləşən sərgidə üç rəssam – Vüsal Rəhim, Vüqar Quliyev və Aysel Əmirovanın əl işləri təqdim olunur. Layihə ziyarətçilərin “başqasının cildinə” daxil olmaqla, əsərlərin mənasını rəssamların baxış bucağından görməyə və anlamağa yönəlmiş eksperimental layihədir.