23 Yanvar 2017 10:58
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin qalereyası Azərbaycanın “SALON” jurnalı ilə birlikdə unikal “DOT-ART” layihəsini həyata keçirir.

Teleqraf.com xəbər verir ki, layihə çərçivəsində ilk sərgi martın 1-də Bakıda "Collezione Italia" məkanında açılacaq. Həmin gün giriş dəvətnamə ilədir. Sərgi aprelin 1-dək davam edəcək.

İl ərzində dörd sərgidən ibarət layihə çərçivəsində dizayn və memarlıq, rəssamların, heykəltəraşların, fotoqrafların və kukla ustalarının əsərləri kimi bir neçə bədii incəsənət istiqamətinin simbiozu təqdim ediləcək.

“DOT-ART” layihəsinin məqsədi dizayn xidmətlərinin istehlakçıları, interyer bazarı mütəxəssisləri və alıcılarda dizaynın funksiya və bədii surətin dərk edilmiş inteqrasiya prosesi anlayışını formalaşdırmaqdan ibarətdir. Layihə çərçivəsində Azərbaycanın gənc rəssam və memarlarının sərgiləri, dizayn-sərgilər, mühazirələr və ustad dərsləri, xarici qonaqların iştirakı ilə təqdimatlar və seminarlar planlaşdırılır. Layihənin vəzifəsi incəsənəti real həyat mühitinə qatmaq, bədii əsərləri interyerin elementi kimi təqdim etmək və onların satışı üçün əlverişli imkan yaratmaqdır.

Layihənin təşkilatçıları – Muzey Mərkəzinin qalereyası və Azərbaycanın "SALON" jurnalı mühit və məkan harmoniyası sayəsində parlaq müsbət emosiyalar yarada biləcək qeyri-adi bir duet təşkil edir.


Müəllif:

Oxşar xəbərlər