25 Yanvar 2017 17:45
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 25-də Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Qalindo və konsulu xanım Kelli Chaib De Mares Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar.

Teleqraf.com xəbər verir ki, görüş zamanı Tərcümə Mərkəzi ilə Kolumbiya səfirliyinin birgə layihəsi olan “İyirmi şeir” (Kolumbiya və Azərbaycan şairlərinin şeirlərinin toplandığı) kitabının nəşrinə dair yekun məsələlər müzakirə olunub.

Görüşdə nəşri bu ilin aprel ayında Kolumbiya Milli Nəşriyyatında reallaşacaq kitabın təqdimatı və digər ispandilli ölkələrdə nəşrinə dair fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər