Teleqraf.com mərhum şair Şaiq Vəlinin "Mübarək" şeirini təqdim edir:
Gördün Nigar üzünü,
Mübarək, mübarək!
Cilvəli nur üzünü
Mübarək, mübarək!
Qoşub türkü, quşlar gətirib,
Daşıb çaylar, daşlar gətirib…
Yaşıl gözlər yaşlar gətirib,
Mübarək, mübarək!
Uçub getdi sevinc – quşdu…
Ala gözlü, qara qaşlı
Tənha dərd qoşalaşdı…
Mübarək, mübarək!
Haqqın dərgahı, taxtı…
Halın halı var, vaxtdı…
Qorxun ölüm idi – yoxdu,
Mübarək, mübarək!