9 Fevral 2017 14:56
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə görüşüb.

Xeber365.com bildirir ki, görüşdə Azərbaycan və Yaponiya arasında mədəniyyət və turizm sahələri üzrə əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib.

İki ölkə arasında sözügedən sahələrdə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb və turizm üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Tsuquo Takahaşinin Yaponiyanın ölkəmizdəki səfiri olaraq fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edib. O, ölkəmizdə fəaliyyəti müddətində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair əlindən gələni əsirgəmədiyini bildirib.

Ə.Qarayev lV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak barədə Yaponiya rəsmilərinə ünvanlanmış dəvət məktublarını səfirə təqdim edib.


Müəllif:

Oxşar xəbərlər