"Yol əhvalatı" kinokomediyası özbək dilinə dublyaj olunub.
Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, layihənin təşəbbüsçüsü Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir.
Özbək dilinə "Yoldagi hangoma" adı ilə dublyaj olunmuş filmin ssenarisi Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbək tərcüməçi Rüstəm Cabbarov tərəfindən Azərbaycan dilindən özbək dilinə tərcümə edilib. Dublyaj Daşkənddəki "Ramsel-film" studiyası tərəfindən həyata keçirilib.
Dublyajda Özbəkistanın bir sıra xalq və əməkdar artistləri - Sayfullo İkramov, Sanobar Sadiqova, Sardorxan Abdumannanov, Azamat İrgaşov, Oçilbek Hamidov, Tursunali Eminov, Bahodir Qoçqara, Lola İrgaşova və başqaları iştirak ediblər.
Qeyd edək ki, Sovet dövründə "Arşın mal alan", "O olmasın bu olsun", "Qayınana", "Əhməd haradadır", "Nəsimi" bədii filmləri Özbək dilinə dublyaj olunub və hazırda da Özbəkistanda televiziya kanallarında nümayiş etdirilir.
Nərmin