10 Fevral 2017 10:32
527

Fevral ayının 26-da Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin anılacaq.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, faciənin 25-ci ildönümü münasibətilə Sevinc Elsevərin “Ürəyində arzu tut” əsəri əsasında hazırlanmış “Arzu və Murad” tamaşası göstəriləcək.

Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır.

Səhnə əsərində əsas obrazları əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.

Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir.

Tamaşa fevral ayının 24-də Pirallahı qəsəbə Mədəniyyət Evində də nümayiş olunacaq.

Nərmin


Müəllif: