10 Fevral 2017 11:25
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Opera və Balet Teatrının solisti, xalq artisti, professor Azər Zeynalov Minskə səfərə hazırlaşır.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, o fevralın 18-də Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində italyan bəstəkarı R.Leonkovallonun "Payatsı" operasının tamaşasında əsas partiyalardan birini - Kanio partiyasını ifa edəcək.

Azər Zeynalov 20 ildən artıqdır Azərbaycan Opera və Balet teatrının səhnəsində çıxış edir. O milli və klassik opera tamaşalarında bir çox parlaq obrazlar (Balaş, Əsgər, Məşədi İbad, Xasay bəy, Alfred, Kanio, Kavaradossi və s.) yaradıb. Kanio partiyası onun çox sevdiyi və böyük ustalıqla ifa etdiyi vokal obrazlardandır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər