10 Fevral 2017 11:58
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəziyyətim dəhşətli dərəcədə pisdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri tanınmış yazıçı Kənan Hacı öz feysbuk səhifəsində yazıb. O, iş axtardığını, qarovulçu da işləməyə hazır olduğunu deyib: “Dostluğumda xeyli iş adamları var, bəlkə, bu statusu oxuyan oldu. İki aydır işsizəm. Bağ evi və ya hansısa binada qarovulçu yeri varsa, işləyə bilərəm. Əlimdən başqa iş gəlmir”.

Kənan Hacı uzun müddətdir hepatit C xəstəliyindən əziyyət çəkir. Bir neçə kitabın müəllifi olan yazıçı müxtəlif mətbu orqanlarda çalışıb.


Müəllif: