15 Fevral 2017 18:29
453

Azərbaycan Dövlət Musiqili Teatrı daha bir Beynəlxalq festivala dəvət olunub.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Teleqraf.com-a bildirib ki, söhbət Türkiyə Cümhuriyyətində təşkil olunan 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalından gedir.

Hər il bir çox dünya ölkələrinin qabaqcıl teatrlarının qatıldığı festival 2017-ci il 2-15 may tarixlərində Trabzon şəhərində baş tutacaq. Festivalın əsası 2000-ci ildə Türkiyə Dövlət Teatrları Baş İdarəsi tərəfindən qoyulub.

“18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalına dəvət edilməyimiz bizim üçün çox xoş oldu. Söhbət Almaniya, Ukrayna, Yunanıstan, Rusiya, İran, Gürcüstan, Fransa, Moldova, Çin Xalq Respublikası, Sloveniya, Makedoniya, Serbiya və bu kimi ölkələrin teatrlarının qatıldığı çox nüfuzlu bir festivaldan gedir” - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

Nərmin


Müəllif: