17 Fevral 2017 16:33
2 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının rəsmi status almasından 40 il keçir.

Teleqraf.com xəbər verir ki, bu barədə Xan Şuşunksi Fondunun rəhbəri Bəyimxanım Verdiyeva-Cavanşir sosial şəbəkədə yazıb.

O, paylaşdığı fotoya bunları qeyd edib: “Bu şəkil 1977-ci il fevral ayının 16-da Gəncədə çəkilib. 1969-cu ildə hələ Azərbaycan Dövlət Konservatoriyasının tələbə ikən tarzən Fikrət Verdiyev Gəncədə yerli istedadlardan ibarət bir ansambl yaradır və ansambla gözəl Gəncəmizin füsunkar əfsanəvi Göygölünün adını verir.

Ansambl 8 il ictimai əsaslarla və böyük uğurla fəaliyyət göstərdikdən sonra hər zaman sənəti, sənətkarı dəyərləndirən ulu öndərimiz Heydər Əliyev ansamblın fəaliyyətini yüksək qiymətləndirir. Ansambla “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblı status verilir”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər