18 Fevral 2017 11:39
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın xalq şairi, dramaturq, əməkdar incəsənət xadimi Nəriman Həsənzadənin doğum günüdür.

Teleqraf.com xəbər verir ki, 86 yaşını qeyd edən xalq şairi 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub.

Bir yaşında atasını, iyirmi üç yaşında isə anasını itirib.

1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olub.

1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmət keçir. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı ikiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır.

1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləyir.

Çoxsaylı şeirlər kitabının müəllifidir.

Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilib.

Nəriman Həsənzadə ömrünün bu çağında da yazıb-yaratmaqla məşğuldur.

Nərmin


Müəllif: