Azərbaycan və türk aktyorlarının birgə çəkildikləri “The game” filmi aprel ayının 1-dən kinoteatrlarda nümayiş olunacaq.
Teleqraf.com xəbər verir ki, ekran əsərində əməkdar artist Bəhruz Vaqifoğlu, Elşən Rüstəmov, Əbdülqəni Əliyev (polis rəisi), Vüsal Murtuzəliyev (həkim), Pərviz Məmmədrzayev, Cəmilə Tağızadə, Pərvin Abıyeva, Ayşen Batıgün, Eray Türk, Serkan Genc və başqaları çəkilib.
Filmin quruluşçu rejissoru Orxan Bayramov, ssenari müəllifləri Eren Azak, Orxan Bayramov, operatoru Fərşid Əlizadə, prodüseri Rüfət Əliyevdir.
Film türklərin Şəki şəhərində almaz axtarışlarındakı sərgüzəştlərindən bəhs edir.