28 Fevral 2017 17:08
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 144 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Martın 10-da baş tutacaq tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşacaq.

Teatrdan Teleqraf.com-a bildirilib ki, tədbir çərçivəsində sənət ocağının quruluşçu rəssamı Elşən Sərxanoğlunun teatr tamaşalarına çəkdiyi eskizlərdən ibarət “Pərdənin o üzü” adlı fərdi rəsm sərgisi açılacaq.

Sonra görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-Vəziri Xani –Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa təqdim ediləcək.

Xalq Artisti Cənnət Səlimovanın quruluşçu rejissorunda hazırlanan səhnə əsərinin musiqi tərtibatı Xalq Artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.

Tamaşada rolları Əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadızadə, Ramil Məmmədov və Eşqin Quliyev canlandıracaq.

Qeyd edək ki, Azərbaycan Milli Peşəkar Teatrının təməli 1873-cü il martın 10-da qoyulub.


Müəllif:

Oxşar xəbərlər