28 Fevral 2017 23:28
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yarat Film Klubunda gənc rejissor Natiq Rəsulovun "İkinci güllə" filminin təqdimatı oldu. Teleqraf.com xəbər verir ki, filmin ssenarisi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən elan edilən “Yeni nəfəs–1” qısametrajlı ssenari müsabiqəsinin qalibidir.

Filmin həm də ssenari müəllifi olan Natiq Rəsulov ideyanın bir hekayədən yola çıxaraq yarandığını deyib.

Film Azərbaycanın ucqar kəndində, toy gecəsində baş verən əhvalatdan bəhs edir. Filmin süjeti bəy-gəlin otağında "prosesin" uğurla başa çatmasını kəndin bütün sakinlərinə bildirmək üçün toy gecəsi tüfəngdən havaya güllə açılması adətindən götürülüb. Kiçik bir səhv üzündən işlər planlaşdırıldığı kimi getmir və qəhrəmanlar çətin vəziyyətlə üzləşirlər...

Filmin prodüseri Nəriman Məmmədov, quruluşçu operatoru Kirill Gerra, icraçı prodüseri Emin Quliyevdir. Ekran əsərində Əməkdar artistlər Vidadi Həsənov, Nəsibə Eldarova, Hüsniyyə Mürvətova, aktyorlar Manaf Dadaşov, Elmin Bədəlov, Elgün Həmidov və Leyli Vəliyeva çəkiliblər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər