2 Mart 2017 11:16
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış yazıçı Səfər Alışarlı öz feysbuk hesabında Mikayıl Müşfiqin heykəli ilə bağlı yaşanan qalmaqaldan yazıb.

Teleqraf.com xəbər verir ki, o, Müşfiqin heykəlini daha yaxşı yerdə görmək istədiyini bildirib: “Müşfiqin heykəli ilə bağlı bu işə prorab səviyyəsində yanaşmaq olmazdı. Prezidentimiz İlham Əliyev cəmiyyətin bu məsələyə həssas münasibətini nəzərə alaraq yol çəkmək istəyənlərin səhvinin düzəldilməsini tələb etdi. Günahkarlar cəzalandırıldı, heykəlin yerinə qaytarılması qət edildi.

Mən qeyd etmişdim ki, o heykəlin ən böyük dəyəri sovet dövründə ucaldılmasıdır. Qalan bütün parametrlərinə görə heykəl nə Müşfiq poeziyasının qüdrətinə, nə də şairin yaşadığı repressiya faciəsinin miqyasına uyğundur: kiçik bir parça qranit, əlin və sifətin yarısı. Qəbristanlıqlarımızda abidələr var ki, bu heykəl onun fraqmenti qədər ekspressiyaya malik deyil.

Əslində, nə etmək lazım idi? Heykəli götürənlər ərazidə yolu genişləndirmək və bununla şəhər sakinlərinin rahatlığına müəyyən töhfə vermək istəyirdilər. Yəni niyyət xeyirxahlıq idi. Kol-kos içində görünməz olmuş heykəli də, deyilənə görə, müvəqqəti götürmüşdülər ki, rekonstruksiya işlərindən sonra oraya qaytarsınlar.

Fikrimizcə, Müşfiqin heykəlini ora yox, oradan bir az irəli, meydanın ortasındakı qazon dairəsinin içinə qaytarmaq lazım idi. Əlbəttə, o heykəli yox, tamam başqa, tuncdan yapılmış yeni, Müşfiqin adına, poeziyasına və şair taleyinə layiq heykəlini. Heykəl o meydana tamam başqa yaraşıq verərdi. Meydanı da “Müşfiq meydanı” adlandırmaq olardı. Heykəlin eskizinin hazırlanmasına da açıq tender təşkil etmək və vəsait toplamaq üçün ictimaiyyəti səfərbər etmək olardı”.


Müəllif:

Oxşar xəbərlər