Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – dünya şöhrətli yazıçı Stiven Kinqin “Seçilmiş əsərləri” işıq üzü görüb.
Teleqraf.com xəbər verir ki, roman və hekayələrdən ibarət kitab müəllifin zəngin yaradıcılığının ayrı-ayrı mərhələləri haqqında kifayət qədər dolğun təsəvvür yaradır. Yazıçının kitabları indiyədək 350 milyondan artıq tirajla satılıb.
Əsərləri dilimizə Etimad Başkeçid tərcümə edib.