Hər il olduğu kimi bu il də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – ASSİTEJ – Azərbaycan Milli Mərkəzində 20 mart Dünya Uşaq və Gənclər Teatrı Günü qeyd ediləcək.
Teleqraf.com xəbər verir ki, Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlə əlaqədar xüsusi repertuar tərtib edir.
Mart ayının 18-dən – 25-dək teatrda “Tıq-tıq xanım”, “Qoğalın nağılı”, “Uzuncorab Pippi”, “Çirkin ördək balası”, “Aycan”, “Buratinonun macəraları” tamaşaları göstəriləcək.
Dünya Uşaq və Gənclər Teatr günü 15 il öncə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) tərəfindən təsis edilib. “Uşağı teatra apar” devizi ilə həyata keçirilən bu teatr bayramı dünyanın hər yerində yaşayan bütün azyaşlı uşaqlar və gənclərin teatra cəlb olunmasına xidmət edir.
Pərvin