Xalq artisti Rafael Dadaşovun 70 illik yubileyi münasibəti ilə hazırlanan tamaşa mart ayının 13-də təqdim olunacaq.
Teleqraf.com xəbər verir ki, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında hazırlanan “Qanlı qızıl toy” iki hissəli tamaşa Şuşa şəhərinin azadlığı uğrunda canından keçmiş, qəriblikdən qəlbi şüşə kimi qırılmış şuşalılara həsr olunur.
Tamaşada rolları Rafael Dadaşov, Rövşən Cəfərov, Əhliman Ərşadlı, Sevinc Mirzoyeva və başqaları oynayır. Tamaşanın rejissoru Oruc Qurbanov, əsərin müəllifi isə İftixar Piriyevdir.
“Qanlı qızıl toy” Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq.
Nərmin