10 Mart 2017 15:27
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ADDIM” Gənclər Təşkilatının sifarişi ilə “Caspian Media Group” şirkəti tərəfindən görkəmli yazıçı Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında “İki yad adam” filmi ekranlaşdırılıb. 1930-cu illərdə qələmə alınan əsər, gənc Azərbaycan ailəsinin həyatından bəhs edir.

“ADDIM”dan Teleqraf.com-a bildirilib ki, filmin ssenari müəllifi Nicat Dadaşov, operatoru Ruslan Ağazadə, montajçısı Murad Muradlı, musiqi tərtibatçısı Elvin Musayev, prodüseri Azər Həsənovdur.

Ekran əsərində bir neçə fərqli iş yerlərində, fərqli iş saatlarında çalışan və aylarla görüşə bilməyən ərlə-arvadın maraqlı ünsiyyətindən bəhs olunur. Filmdə rolları Əməkdar Artist Gülşad Baxşıyeva, aktyorlar Duyğu Dəvəli, Riad Abdul, Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları canlandırıblar.

Qeyd edək ki, film birinci Gənc Ailələrin Forumunda təqdim olunacaq. Bundan başqa Bakı premyerasından əvvəl filmin xarici nümayişləri də nəzərdə tutulur.

Aylin


Müəllif:

Oxşar xəbərlər