10 Mart 2017 22:26
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Akademik Milli Dram Teatrında 10 mart Azərbaycanda Milli Teatr Günü münasibəti ilə tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən xalq artisti Hacı İsmayılov Azərbaycan peşəkar teatrının keçdiyi yola nəzər salıb.

Daha sonra xalq artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya sən həmişə mənimləsən” səhnə əsərinin ilk tamaşası təqdim olunub.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.

Tamaşada əsas rolları xalq artisti Ramiz Novruz, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Tamaşa ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs edir.

Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər