Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Jizel” baleti təqdim olunacaq.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, bu dəfə Jizel partiyasını sənət ocağının gənc solisti Cəmilə Kərimova ifa edəcək.
O, səhnəni əməkdar artist Makar Ferştandt ilə bölüşəcək.
Tamaşanın dirijoru əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir.