25 Mart 2017 00:01
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

“XAN” nəşriyyatı Xatirə Ədəbiyyatı silsiləsindən növbəti – “Almas İldırım Xatirələrdə” kitabını çapa hazırlayıb. Kitab mühacir şairimizin bu gün (25 mart) qeyd olunan doğumunun 110-cu ildönümünə ithaf edilib. Kitabın tərtibçisi Dilqəm Əhməddir.

Qeyd edək ki, bu kitab Almas İldırım haqqında ilk dəfə nəşr olunan xatirələr toplusudur. Kitabda 1930-cu ildən etibarən şair haqqında çap olunan bir çox xatirələr toplanıb. Xüsusən, ilk dəfə üzə çıxan geniş bir xatirə (müəllif Ramiz Arda) oxuculara təqdim olunur.

Teleqraf.com həmin xatirədən kiçik bir hissəni təqdim edir:

“Almanların Rusiyaya hücum edib bir sel kimi irəlilədikləri zaman bir gün mənə dedi: “Rusiya parçalanır. Almaniyada, İstanbulda, İranda olan Azərbaycan türkləri hərəkətə keçdilər, hamımız birlikdə Rusiyaya sızaraq yurdumuza gedəcəyik. Almanların hərəkətlərini təqib edəcək və daxildən çalışaraq müstəqil Türk yurdları qurularkən işin başında olacağıq. Mən bu gün-sabah İstanbuldakı təşkilatımızdan bir məktub gözləyirəm”.

Bunları mənə gizlicə danışmışdı. Sonra əsas nöqtəyə gəldi: “Uşaqları indi yanımda götürə bilmərəm. Mənim işimi çətinə salarlar. Əgər razı olsan, iki uşağımı və xanımımı sənə əmanət edib gedəcəyəm”.

Razı oldum, təklifini qəbul etdim. O, Azərbaycana keçəcək, ora istiqlalına qovuşunca həm uşaqlarını, həm də məni oraya çağıracaqdı. “Kommunizmin ələ keçirdiyi mallarının hamısı deyil, beşdə biri əlimizə keçərsə, bu, yalnız ikimizi deyil, bizim kimi yüzlərlə insanı bəsləməyə kafidir” dedi.

Və təminat verdi: “And olsun ki, əlimə keçən mallarımın, mülklərimin yarısını sənin adına keçirəcəyəm”.

Almas İldırım böyük məmuriyyətlər də vəd etmişdi. Bu vədlər boşuna deyildi. Çünki istiqlalına qovuşacaq bir Azərbaycanda sözü keçəcəkdi. Bir səbəb də Rusiyada ikən yapdığı mücadilə və hər şeydən öncə Müstəqil Azərbaycan Qurtuluş Hərəkatının öncüsü və keçmiş Azərbaycan Məclisi başqanı Məhəmməd Əmin Rəsulzadənin nüfuzuna güvənirdi”.

Bəkir


Müəllif:

Oxşar xəbərlər