25 Mart 2017 15:08
2 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk izləyicilər “Youtube” şəkəbəsinə yerləşdirilən “Leyli və Məcnun” filmimizi şikayət edib, filmin bloklanmasına səbəb olublar.


Teleqraf.com xəbər verir ki, bu barədə Vikipediyada Azərbaycan kino sənəti portalının , eləcə də“Youtube” şəbəkəsində “Azərbaycan kinosu” kanalının yaradıcısı Vüsal Ağayev məlumat verib. O qeyd edib ki, 1973-cü ildə çəkilən “Yunus Emre” adlı türk filmində 1961-ci ildə çəkilmiş Lətif Səfərovun “Leyli və Məcnun” filmindəki kadrlardan istifadə olunub:

“Yunus Emre” adlı türk film var. 1973-cü ildə çəkilib, hətta mükafatlar da alıb. Amma filmdə 1961-ci ildə çəkilmiş Lətif Səfərovun “Leyli və Məcnun” filmindəki kadrlardan istifadə edilib. İndi, türk filmlərini yerləşdirən “Fanatik film” yutub kanalı bizim filmdən kadrların oğurlanıb istifadə edilməsinə rəğmən “Leyli və Məcnun”u şikayət edib və film mənim kanalımda bloklanıb. Nə qədər ki, “Azərbaycanfilm” kinostudiyası öz rəsmi, yüksək keyfiyyətli kanalını açıb öz filmlərinin müəllifliyini qorumayacaq belə hallar baş verəcək. Mən də məcbur oldum həmin kadrları filmdən çıxarıb bir daha yerləşdirdim”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər