27 Mart 2017 11:17
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının 5-də Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış...” tamaşasının premyerası olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə teatrın aktrisası Günel Məmmədova məlumat verib.

Tamaşa Y.Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (“Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanıb.

Yeni səhnə əsərinin quruluşçu rejissoru, xalq artisti Vaqif Əsədovdur. Tamaşada əsas rolları əməkdar artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Səbinə Məmmədova, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Vahid Orucoğlu, Ramil Məmmədov, İlqarə Tosova, Nuriyyə Əliyeva, Eşqin Quliyev, Elgün Yəhyayev, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Xəyalə Meydanova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Tahir İsmayılov, Ramiq Nəsirov, Feyruz Məmmədov canlandıracaqlar.

Tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər