11 İyul 2014 14:29
2 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xanım danışır, suallarımıza cavab verirdi”.

Bunu Teleqraf.com-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib. O bildirib ki, bu gün Musiqili Teatrın direktoru və kollektivi aktrisanı ziyarət edib:

“Hamımız bu gün onun yanına getdik. Hamımızı tanıdı. Bizimlə danışdı, suallara cavab verdi”.

Qeyd edək ki, Xanım Qafarova neçə illərdir xərçəng xəstəliyindən əziyyət çəkir. Aktrisa xəstəliyi ilə əlaqədar 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib, İstanbuldakı Fatih Üniversitesi Tıp Fakültəsi Hastanesində müayinə olunub. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə müalicəsi Sante Onkoloji Mərkəzdə aparılıb. Müalicə müddətində bədəninə verilən şüalardan gücsüzləşən aktrisaya mütamadi qan köçürülüb.

İyul ayının 10-da Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva aktrisanın müalicəsinin İsraildə davam etdirilməsi ilə bağlı göstəriş verib. Ölkənin birinci xanımı həmçinin aktrisanın qızının təhsil xərclərini də öz üzərinə götürüb.

Pərvin


Müəllif: