Aprelin 1-də “YARAT” Müasir İncəsənət Mərkəzində müasir zamanın qeyri-müəyyənlikləri və illüziyalarına həsr olunmuş “Aldanma!” adlı ədəbiyyat gecəsi təşkil olunub.
Teleqraf.com xəbər verir ki, tədbir Əməkdar Artist Eyyub Yaqubov və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin direktoru, tanınmış şair Səlim Babullaoğlunun iştirakı ilə baş tutub.
E.Yaqubov ilk dəfə “Yıxılır dünya” mahnısının videoklipinin sirli məqamlarını açıqlayıb. Təqdim olunan poetik nümunələr və musiqi parçaları gecəni daha da maraqlı edib. Tanınmış gənc rəssam Orxan Hüseynovun “Əziz sevgilim” adlı sərgisi gecənin ilham mənbəyi olub.
Həmçinin, gecədə poetik düşüncələrlə bağlı gəncləri maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.
Tədbir Eyyub Yaqubovun canlı ifası ilə davam edib.