5 Aprel 2017 15:44
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir çox tamaşalarda oynamışam, bir çox obrazlarım olub, amma bu tamaşa və bu obraz kimi hələ məni sarsıdanı olmayıb. Bir neçə saatdan sonra “Yarımçıq qalmış” tamaşasının ilk premyerasıdır. Çox həyəcanlıyam, böyük məsuliyyət hiss edirəm, eyni zamanda qorxuram”.

Teleqraf.com xəbər verir ki, bu sözləri tamaşada əsas obrazlardan birini oynayan teatrın aktrisası Günel Məmmədova deyib.

O bildirib ki, şəhid ailələrinin qarşısında tamaşa oynamaq çox çətindir: “Zalda bir neçə şəhid ailəsi olacaq. Samir Kaçayevin simasında bu tamaşanı onlara həsr edirik. Onların qarşısında övladlarının taleyini, həyatını canlandırmaq o qədər məsuliyyət tələb edir ki…”

Bu gün Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış...” tamaşasının premyerası olacaq.

Tamaşa Y.Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (“Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanıb. Yeni səhnə əsərinin quruluşçu rejissoru, xalq artisti Vaqif Əsədovdur. Əsas rolları əməkdar artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov və başqaları canlandıracaq.

Tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər