7 Aprel 2017 20:05
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kitab klubu" yazıçı Vüqar Dəmirbəylinin "Almaniya haqqında hekayələr" kitabını çap edib.

Teleqraf.com xəbər verir ki, kitabdakı hekayələr əcnəbilərin, xüsusən də, azərbaycanlıların Almaniyadakı həyatına həsr olunub.

İnsan hüquqları şüarı altında alman cəmiyyətində həyata keçirilən dini, irqi ayrı-seçkilik, əcnəbilərə qarşı göstərilən ictimai-psixoloji təzyiq, paralel cəmiyyətlərdə – gettolardakı acınacaqlı həyat bu hekayələrdə əks olunur.

Söz azadlığından dəm vuran, başqa ölkələrdə demokratiyanın, mətbuat azadlığının olmamasından “şikayət edən” Almaniyanın öz qəzetlərində və başqa mətbuat orqanlarında daxili qeyri-rəsmi senzuranın həyata keçirilməsi, həqiqətdə baş verənlər haqqında informasiya və yazıların qarşısının alınması isə kitaba daxil edilmiş “Praktika” hekayəsinin əsas mövzusudur.

Kitab Almaniya haqqında həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması yolunda növbəti addımlardan biri ola bilər.

Bəkir


Müəllif:

Oxşar xəbərlər