8 Aprel 2017 17:56
2 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 8-də Azərbaycan Xalça Muzeyində “Qobelen sənəti” mövzusunda mühazirə təşkil olunub.

Mühazirədə qobelen və batika sənəti üzrə rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Sonaxanım Nağıyeva çıxış edib.

Azərtac xəbər verir ki, mühazirədə qobelen sənətinin yaranma tarixi, inkişaf mərhələləri və hazırlanma texnologiyasından söhbət açılıb. Bildirilib ki, əllə toxunan dekorativ təsviri sənətin bir növü olan qobelen insan duyğularının, hisslərinin cəmləşdiyi süjetli kompozisiyanın məna və məzmunla ipə-sapa köçürülməsidir. Qobelenin hazırlanma texnikasının əsasını öncədən çəkilmiş eskiz, fikir, ideya təşkil edir. Bu sənətlə məşğul olan rəssam yaradıcı olmalıdır.

Qeyd edək ki, qobelen dünyada geniş yayılmış, Azərbaycanda isə qədim xalq mədəniyyətinə aid süjetli xalça sənətidir. Bu sənət XII əsrdə ərəblər tərəfindən inkişaf etdirilib və tədricən bir çox Şərq ölkələrinə yayılıb.


Müəllif:

Oxşar xəbərlər