Bu gün Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, xalq artisti Fikrət Əmirovun yaradıcılığına həsr olunan konsert keçirilib.
Teleqraf.com xəbər verir ki, Dövlət Filarmoniyası və Mədəniyyət Kanalının birgə layihəsi olan konsert Azərbaycan xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında səslənən "Gözün aydın" musiqili komediyasından bir parça ilə başlayıb.
Daha sonra əməkdar artistlər İnarə Babayeva "Azərbaycan əlləri", Lalə Məmmədova "Mən səni araram", Anar Şuşalı "Sevdiyim yardır" mahnıları ilə çıxış ediblər.
Əməkdar artistlər Samir Cəfərovun ifasında "Sevil" operasından Balaşın ariyası, Ehtiram Hüseynovun ifasında "Şeyx Sənan", orkestrin ifasında "1001 gecə" baletindən Şəhrizadın şənliyi, "Kürd ovşarı" simfonik muğamından fraqment tamaşaçılar tərəfindən xüsusilə maraqla qarşılanıb.
Nərmin
Fotolar Elçin Murad