Filmin rejissoru Elvin Abdullayev Teleqraf.com-a açıqlamasında film sahəsində iddialı olduqlarını qeyd edib:
"Filmdə peşəkar aktyorlar çəkilib və obrazlarının öhdəsindən peşəkarcasına gəliblər. Tam məsuliyyətlə deyirəm ki, "Xənnas" filmi Azərbaycanda ilk mistik trellerdir. Əkran əsərimizin Bakıda və Türkiyədə böyük marağa səbəb olacağına inanıram. Hazırda əməkdaşımız İstanbuldadır və iş birliyimiz baş tutarsa film İstanbul kinoteatrlarında da yayımlanacaq. Filmin maliyyəsinə gəlincə 200 mindən yuxarı məbləğ xərcləmişik və ekran əsərindən bir milyon pul qazanmağa iddialıyıq".
Filmin baş rolunu canlandıran aktrisa Pərvin Abıyeva isə jurnalistlərə açıqlama verməyib. Səbəb kimi isə əhval-ruhiyyəsinin yaxşı olmadığını göstərib.
Qeyd edək ki, filmdə Pərvin Ablyeva, Zemfira Əbdülsəmədova, Hikmət Rəhimov, Qorqud Cəfər, Türkay Cəfərli, Nərgiz Əliyeva, Zarina Qurbanova çəkilib.
Rəqsanə
FOTO: Elçin MURAD