Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun ən böyük arzusu baba olmaq imiş. Bunu jurnalistlərə açıqlamasında Akanın oğlu Barış Üregül deyib:
“Atam o vaxt nişanlım olan Asya və məndən uşaq gözləyirdi. Asya xəstəxanaya gələndə əli ilə qarnına işarə vurub, nəvə istədiyini demişdi”.
Qeyd edək ki, atasının mənəvi vəsiyyətini həyata keçirmək üçün Barış bu ilin yanvar ayında nişanlısı Asya ilə ailə qurub. Gözlənən xəbər isə 4 ay sonra gəlib.
Pərvin