5 May 2017 14:23
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanfilm” kinostudiyasında əməkdar incəsənət xadimi Elxan Cəfərovun 50 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.

Bu barədə Teleqraf.com-a “Azərbaycanfilm”dən məlumat verilib.

Tədbirdə millət vəkili Aqil Abbas, “Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmov, əməkdar artist Elxan Qasımov iştirak edib.

Bildirilib ki, Elxan Cəfərov uşaq yaşlarından kino aləminə bağlanıb, “Şir evdən getdi”, “Mən mahnı qoşuram”, “Arvadım mənim, uşaqlarım mənim”, “Sevinc buxtası”, A.Dovjenko adına kinostudiyanın istehsalı olan “Hazır ol, əlahəzrət” filmlərində yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb.

Onun Qarabağ uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edən “Qarabağdır Azərbaycan” sənədli filmi, “Dolu”, “Yarımçıq xatirələr” kimi bədii filmləri bir daha göstərir ki, əsl sənətkardır. Sevə-sevə baxılan, böyük tamaşaçı auditoriyasının rəğbətini qazanmış bu filmlərdən birinin – “Dolu” filminin 2015-ci ildə “Ən yaxşı rejissor işi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülməsi buna bariz nümunədir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər