6 May 2017 19:57
2 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrında gənc yazar Aqşin Evrənin "Mənfi sənsiz dərəcə" adlı kitabının təqdimatı baş tutub.

Teleqraf.com xəbər verir ki, Aqşin Evrən kitabı yazar Mövlud Mövludun xatirəsinə ithaf edib. Kitabda gənc yazarın "Unutmağın resepti", "Zen", "Bir qucaqlıq canın var", "Zəng vuruldu: 5 dəqiqəlik tənəffüs" və s. məşhur şeirləri yer alıb.

Kitabın redaktoru Teleqraf.com saytının baş redaktoru Pərviz Cəbrayıldır.

Qeyd edək ki, təqdimatda Gündəlik Teleqraf MMC-nin direktoru Aynur Camal, Pərviz Cəbrayıl, Şərif Ağayar, Qismət Rüstəmov, Qan Turalı və başqa yazarlar iştirak edib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər