12 May 2017 12:30
3 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 7-də Bakıda Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında çəkilən “İki yad adam” filminin premyerası olacaq.

Bunu Teleqraf.com-a filmin sifarişçisi olan “ADDIM” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə deyib.

O bildirib ki, filmin nümayişi 1-ci Gənc Ailələrin forumunun açılış mərasimində baş tutacaq: “Filmin prokatı və kommersiya məqsədilə satışı nəzərdə tutulmayıb. Sadəcə, filmin forum çərçivəsində nümayişindən sonra Park Cinema kinoteatrlar şəbəkəsində xüsusi dəvətlərlə ictimai nümayişləri reallaşdırılacaq”.

O əlavə edib ki, mayın 29-da film Gürcüstanın paytaxtı Tiflisdə də nümayiş olunacaq.

Filmin ssenari müəllifi Nicat Dadaşov, operatoru Ruslan Ağazadə, montajçısı Murad Muradlı, musiqi tərtibatçısı Elvin Musayev, prodüseri Azər Həsənovdur.

Mir Cəlal Paşayevin 1930-cu illərdə qələmə aldığı əsərdə bir neçə fərqli iş yerlərində, fərqli iş saatlarında çalışan və aylarla görüşə bilməyən ərlə-arvadın maraqlı ünsiyyətindən bəhs olunur.

Filmdə rolları əməkdar artist Gülşad Baxşıyeva, aktyorlar Duyğu Dəvəli, Riad Abdul, Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları canlandırıblar.

Ekran əsəri “Caspian Media Group” şirkəti tərəfindən çəkilib.


Müəllif:

Oxşar xəbərlər