17 May 2017 23:53
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şövqi Hüseynovun kontrabasçı rolunda çıxış etdiyi “Kontrabas” tamaşası Belorusda göstəriləcək.

Teleqraf.com xəbər verir ki, tamaşa Belarus Respublikasının Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında ölkəmizi təmsil edəcək.

İyun ayının 28-dən iyulun 3-dək davam edəcək festival çərçivəsində müsabiqələr, şəhərin küçələrində bayram paradı, təntənəli açılış və bağlanış mərasimləri, yaradıcılıq görüşləri və konsertlər keçiriləcək.

Tamaşa Patrik Züskindin eyniadlı pyesi əsasında hazırlanıb.

Qeyd edək ki, “Kontrabas” tamaşası da bir çox beynəlxalq festivalların qalibi olub.

Nərmin


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər