18 May 2017 10:29
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada məşhur həyatı yaşamaq heç də asan deyil. Onların bəziləri ömrünün bir hissəsini həbsxanada keçirirməli olur.

Teleqraf.com həbsdə olduğuna inanmayacağınız 5 məşhuru təqdim edir.

Əbru Şallı

Kokain istifadə etdiyi üçün 1999-cu ildə İstanbulda həbs olunan Əbru Şallı Bakırköydəki Qadın İslah Mərkəzində 15 gün qalaraq həbs həyatı yaşayıb. Həbsdəki müddət ərzində yuxu və yemək problemi yaşadığını deyən Şallı, ən azından filmdə gördüyüm həbsxanalar qədər pis deyildi deyib.

Vaynona Rayder

O, mağazalarda xoşuna gələn əşyaları oğurlamaqdan zövq aldığını və bunun bir xəstəlik olduğunu qəbul etdiyini bildirir. 1999-cu ildə dükanların birindən 5500 $ məbləğində oğurladığı libaslara görə həbs olunur.

Dəniz Səki

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaq maddəsi ilə 6 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alan Dəniz Səki 7 ay həbs yatdıqdan sonra şərti azadlığa buraxılır. Qaçma təhlükəsi ilə məhkəmə təkrar həbs qərarı çıxarır. Bir müddət hüquq-mühafizə orqanlarından yayınmağa nail olsa da, Dəniz Səki təkrar həbs olunur.

Emi Uaynhaus

2011-ci ildə alkol zəhərlənməsindən dünyasını dəyişən Emi Uaynhaus 2007-ci ildə Norveçdə həyat yoldaşı ilə birlikdə üstlərində narkotik vasitələr aşkar olunduğu üçün həbs olunurlar. Bir müddət məhkumluk həyatı yaşayan Emi şərti azadlığa buraxılır.

Tuğba Özay

Onun həbsə girməsinə səbəb, sevgilisini öldürməsi üçün killerlə plan qurması olub. Məşhur modelyer 6 aya kimi məhkumluk həyatı yaşayıb.

İlhamə ƏBÜLFƏT


Müəllif: Teleqraf.com