30 May 2017 10:05
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Maşın şou - Qarşıdurma"nın 14-cü sürətində şoudan ilk ayrılan iştirakçı müğənni Elton Hüseynəliyev olub.

Teleqraf.com xəbər verir ki, iştirakçılar arasında səsvermənin nəticələrinə əsasən, ən çox adı çıxmış şəxs Elton Hüseynəliyev olub. Buna təəccüblənən müğənni öncə səs yığdığı təqdirdə oyundan çıxaracağı adamın kimliyini bildirməsə də, sona qədər sözünə əməl etməyib. O, verilişin sona çatmasına yarım saat qalmış səs topladığı təqdirdə Elcan Rəsulovu verilişdən uzaqlaşdıracağını deyib.

Elcan Rəsulov şouda qalmaq üçün tamaşaçılardan səs istəyib. Nəticələr açıqlananda səs faizlərinə görə aşağı nəticə göstərən Elton Hüseynəliyev şounu tərk etməli olub.

Maşın üçün mübarizəni Oksana Rəsulova, Cavad Rəcəbov, Azər Zahid, Aqil M. Quliyev, Tarix (Tolik) Əliyev, Təranə Qumral, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, Vüqar Vüqarlı, Pərvin Abıyeva, Elcan Rəsulov, Fərda Amin, Üzeyir Mehdizadə, Səidə Sultan, İslam Mehrəliyev, Kənan MM, Səbuhi Xanlarov davam etdirir.

Veriliş hər axşam canlı olaraq saat 22:00-da yayımlanır.


Müəllif: Nərmin

Oxşar xəbərlər