4 İyun 2017 13:08
1 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Kənanı tənha gördüm.

Teleqraf.com xəbər verir ki, bu sözləri tanınmış şair Salam Sarvan Kənan MM-in "Maşın şou"dan getməsi ilə bağlı yazarkən qeyd edib. O, Kənanı həyatda tanımadığını bildirib: "Maşın şou"dan Kənan M.M-in getməsi... Mən onu həyatda tanımıram. Şəxsən tanımadığın adamları efir effektinə görə dəyərləndirmək qalır. Kənanı tənha gördüm. Nəsə mənə belə gəldi ki, yaxşı adamdı. Onun uduzmağındakı süjet, uduzduğu mühitin psixoloji ovqatının içindəki duruşu və bəzən də epizodlar üzrə müvazinətini itirməsi, uduzduğu mühitin xəritəsi bunu deyirdi. İndi qəhrəmanlar yoxdu, indi ancaq yaxşı adamlar var. Məncə, Kənandan heç kəsə pislik gəlməz, belə adamlar yaxşı əməllərçün göndərilib. Sadəcə, Kənan kimi adamlar həmişə o cür mühitlərdə uduzmağa və gizli göz yaşları axıtmağa məhkumdular".

Qeyd edək ki, "Maşın şou"nun son sürətində Kənan MM kimsənin onu çıxaracağını gözləmədən özü maşından əl çəkib.


Müəllif: Könül Əlibəyli