24 Aprel 2014 13:05
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Мilli filmlərin pulsuz nümayişi” layihəsi tələbələrin marağına səbəb olub.

Bunu Teleqraf.com-a açıqlamasında Nizami Kino Mərkəzinin mətbuat əlaqələndiricisi Arzu Əhədova deyib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Azərbaycan Dövlət Neft Akademiyasının və Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbələri aprelin 22,23 və 24-də Nizami Kino Mərkəzində “Dərvişin qeydləri” filminə baxıblar.Tələbələr rejissor Eldar Quliyevin lentə aldığı “Dərvişin qeydləri” filmi bəyəndiklərini və belə layihələrin davamlı olmasını arzulayıblar.

O bildirib ki, mərkəz ali və orta təhsil ocaqlarından filmlərə qrup şəklində gəlib baxmaq istəyən tələbə və şagirdlərin istəyini nəzərə alaraq seansların sayını artırıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər