13 İyun 2017 23:10
1 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dostum, qohumum, əziz Murad Dadaşov! Sənin adına kitab yazmışam, vermişəm Hacı Nurana! Ürək sözlərimi çatdıracaq sənə! Öpürəm....”

Teleqraf.com xəbər verir ki, bu sözləri kiçik bir videoyazıda Azərbaycanın xalq artisti Ramiz Əzizbəyli deyib.

Hacı Nuran Ramiz Əzizbəylinin evinə ziyarətə gedib. Xalq artisti Murad Dadaşov üçün kitaba ürək sözlərini yazıb və Nurandan onu Murada çatdırmağı xahiş edib.

Xatırladaq ki, Murad Dadaşov ayağından kiçik əməliyyat keçirdiyi üçün dünən efirə çıxmayıb və 8 tanınmış sima onu əvəz edib.


Müəllif: Könül Əlibəyli