18 İyul 2014 15:06
2 830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naibə Allahverdiyeva: “Mehriban xanıma müraciət edəcəyik”

“Doğurdan Gülnar Salmanovanın vəziyyəti çox ağırdır. Tək, tənha, köməksiz bir vəziyyətdə qalıb. Dünən onu görəndən özümə gələ bilmirəm. Evə gəlib ağlamışam”.

Bu sözləri Teleqraf.com –a açıqlamasında əməkdar artist Naibə Allahverdiyeva deyib. Onun sözlərinə görə, uzun müddətdir ki, xəstə yatan aktrisanın indi vəziyyəti lap pisləşib: “O həm şəkər, həm böyrək çatızmamazlığından əziyyət çəkir. Eşitmişəm ki, həm də xərçəngdir. Çox çətinliklə ayağa qalxa bilir. Gözlərinin biri heç görmür. O biri gözü ilə isə yazı faiz görmə qabiliyyətinə malikdir. Özünün dediyinə görə, gözlərinin müalicəsində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva çox köməklik göstərib. Yaxın günlərdə bir neçə aktyorun imzasıyla Mehriban xanıma müraciət edəcəyik, bütün ümidlərimiz onadır. Daha bir aktrisamızı da itirməyək”.

Aktrisanın tək yaşadığını deyən Naibə xanım onun prezident mükafatı almadığını bildirib: “Bir oğlu var, o da ailəsi ilə rayonda yaşayır, elə orda da işləyir. Gülnar ora gedə bilmir, çünki xəstəliyi buna imkan vermir. Oğlu məvacibə baxan adamdır, maddi dəstək baxımından nə bacarırsa edir. Onu bilirəm ki, prezident mükafatı almır. Bildiyim qədər Gülnarın müalicəsini burda edə bilmirlər, mütləq xaricə göndərmək lazımdır. Bizə də dedi ki, vəziyyətim çox pisdir. Hətta pulum yoxdur ki, dərman alım”.

Pərvin


Müəllif: