16 İyul 2017 20:18
2 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Ölümqabağı” layihəsinin növbəti qonağı tanınmış aparıcı Murad Haşımovdur.

Yaxında öləcəyinizi bilsəydiniz:

- …nə düşünərdiniz?

- Ailəmi. Övladlarımı. Onlar necə olacaq?..

- … hansı yeməkdən yeyib, hansı içkini içərdiniz?

- Anamın bişirdiyi qutabdan və bir də gürcü xəngəli yeyərdim. Elə də içki düşkünü deyiləm. Baxır hansı mövsümdə ölürəm...

-…kiminlə görüşmək istəyərdiniz?

- Sağollaşmaq mənasında... Ailəm və ən yaxın dostlarımla... Ailəyə bağlı insanam!

- …son dəfə efirdə necə görünmək istərdiniz?

- Axşam xəbəri çatdırmaq istəyərdim. Öz tərzimdə.

- …son kəs kimi öpərdiniz?

- Ən sonda yanımda kim varsa onu!

- …hansı kitabı oxuyardınız?

- “Hərb və sülh” əsərini.

- …ən dəyərli əşyanızı kimə verib gedərdiniz?

- Öləndə inanmıram hansısa əşyanın gözümdə dəyəri olsun. Kim nə istəyir götürsün...

- …son efir gününü necə keçirərdiniz?

- İşdən icazə alardım ki, öləcəyəm... Yəni adətən məzuniyyətdən əvvəlki efir günündə özümü çox rahat hiss edirəm. Yəqin onda da elə...

- …son dəqiqələrinizi necə keçirtmək istəyərdiniz?

- Ağrısız, acısız.

- ...o biri dünyada kimi görmək istəyərdiniz?

- Atatürkü!

- ...kimi özünüzlə aparmaq istəyərdiniz?

- Baxır hara gedəcəyəm... Cənnətə düşsəm çox adamı apararam. Cəhənnəmə düşsəm, yoldaş axtarmaram. Mənim yaxın dostum Orxan Muxtarlının bir əsəri var. Orada insan ölümlə qalım arasında get-gəldədir. O əsər bir anlıq yadıma düşdü. Şeytanı aparardım ki, insanların canı qurtarsın.

-...son 3 kəlməniz nə olardı?

- Veni, vidi, vici...

- ...son yalanı kimə danışardınız?

- Əzrailə!

- ...son etirafınız nə olardı?

- Çətin sualdır. Elə bir gizlinim yoxdur.

- ...Allahı görsəydiz nə istəyərdiniz?

- İstəyərdim ki, elə etsin ki, insanlar eyni dildə danışsın. Sözün bütün mənalarında...


Müəllif: Könül Əlibəyl

Oxşar xəbərlər