28 İyul 2017 22:35
3 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlqar Nəcəfin “Nar bağı” bədii filmində rol alan aktyor Qurban İsmayılov Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalında “ən yaxşı kişi rolu” mükafatını qazanıb.

Teleqraf.com xəbər verir ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan yeni ekran əsəri festivalın əsas müsabiqə proqramında iştirak edib. İyulun 22-i Astanada başlayan festival bu gün bitib və qaliblərin adı bir neçə saat öncə açıqlanıb.

Qeyd edək ki, “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.


Müəllif: Könül

Oxşar xəbərlər